İki azərbaycanlı şəhid jurnalistin adı vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına daxil edilib. Bu barədə “Sərhədsiz Reportyorlar” Təşkilatının (Reporters Without Borders) 2021-ci ildə dünyada qətlə yetirilən media təmsilçiləri ilə bağlı hesabatında qeyd edilib.
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olublar. Onlar “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ümumilikdə, “Sərhədsiz Reportyorlar” Təşkilatının hesabatına 20 ölkədən olan vəzifə borcunu yerinə yetirərkən öldürülən 38 jurnalistin adı daxildir.