top
Şəki xanlarının yay iqamətgahı: Şəki Xan sarayı
14 mart 2022, 11:51
- ↺ +

Şəki xanlarının yay iqamətgahı: Şəki Xan sarayı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəki Xan sarayı “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində, Mirzə Fətəli Axundov küçəsində, Qala divarları içərisində yerləşir. Sarayın inşa tarixi XVIII əsrə aid edilir.

Şəki xanlarının yay sarayı olan bu binanın kim tərəfindən tikildiyi haqqında dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə, saray Şəki xanlığının əsasını qoyan Hacı Çələbinin nəvəsi Məhəmmədhüseyn xanın dövründə inşa edilib. Məhəmmədhüseyn xan “Müştaq” təxəllüsü ilə şeirlər yazdığından, saray “Müştaq imarəti” kimi də tanınırdı. Tarixi mənbələrdə onun əmisi tərəfindən burada əsir saxlanıldığı və boğularaq qətlə yetirildiyi göstərilir.

Başqa bir mənbədə isə bu binanın Məhəmmədhüseyn xanın oğlu Məhəmmədhəsən xan tərəfindən inşa edildiyi və “Məhəmmədhəsən xan divanxanası” adlandırıldığı bildirilir.

Binanın inşasına 32 min çervon, yaxud 32 min İran tüməni məbləğində pul xərclənib. 1 rus çervonu, yaxud İran tüməni həmin dövr 3,4 qram çəkidə qızıla bərabər idi. Bina xanlığın əhalisi tərəfindən inşa edilib. Şəki Xan sarayının memarı şirazlı Zeynal Abidin olub. Saraya müxtəlif vaxtlarda naxış vurmuş rəssamlardan beşinin adı məlumdur: Mirzə Cəfər, Abbasqulu, Qəmbər, Əliqulu və Qurbanəli.

Binanın tikintisi zamanı mismardan və ya yapışdırıcıdan istifadə olunmayıb. Saray 2 mərtəbədən, 6 otaqdan, 4 dəhlizdən, 2 güzgülü eyvandan ibarətdir. Tikilinin fasadındakı pəncərə və qapılarında olan şəbəkədə çox xırda həndəsi fiqurlar mövcuddur. Saray divarları da müxtəlif naxışlarla bəzədilib.

1955-1956-cı illərdə memar H.Q.Rzayevin layihəsi və başçılığı ilə burada bərpa işləri aparılıb. Həmçinin saray 1967-ci ildə də təmir edilib. 2019-cu ildə Şəki Xan sarayı Unesco siyahısına daxil edilib.

Hal-hazırda Xan Sarayına iticket.az saytından biletləri əldə edərək baş çəkmək mümkündür. Biletlərin qiyməti 1 - 5 manat arasında dəyişir.

[URIS id=36938]

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:00

Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi

Bütün Xəbərlər
Bu gün, 11:58

Bu tarixdən kartdan karta köçürmələrdə komissiya tutulacaq

Bütün Xəbərlər
Bu gün, 10:54

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Bütün Xəbərlər
Bu gün, 10:35

Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib

Bütün Xəbərlər
Bu gün, 10:32

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Bütün Xəbərlər
Bu gün, 10:12

"Həbsxanada öləcək": Tupak Şakurun qətlinin təşkilatçısına 30 ildən sonra hökm oxundu

Bütün Xəbərlər
Bu gün, 09:49

Hindistanın XİN rəhbəri Azərbaycana gəlib

Bütün Xəbərlər
Bu gün, 09:16

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub

Bütün Xəbərlər
Bu gün, 09:07

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:17

Fransada kiberhücum: Hakerlər soyuducuları sobaya çevirdilər

Bütün Xəbərlər
Dünən, 16:46

Mixeil Saakaşvili Azərbaycanda məktəblərdə hicab məsələsinə münasibət bildirib

Bütün Xəbərlər
Dünən, 15:52

Novruz bayramı günü müəllimə olan arvadını qətlə yetirən şəxs: "Bıçağı corabımdan çıxardım…"

Bütün Xəbərlər
Dünən, 15:40

Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib - VİDEO

Bütün Xəbərlər
Dünən, 14:20

YAP AKP rəsmilərini Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb

Bütün Xəbərlər
Dünən, 14:02

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib

Bütün Xəbərlər
Dünən, 13:46

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib

Bütün Xəbərlər
Dünən, 13:37

Bakıda məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

Bütün Xəbərlər
Dünən, 13:01

Bakıda qadının bıçaqlanmasının təfərrüatı: Əsəb xəstəsi olan oğluna mane olmaq istəyib...

Bütün Xəbərlər
Dünən, 12:52

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:45

Motosiklet qəzasında həyatlarını itirən şəxslərin ölümdən əvvəlki son görüntüləri ortaya çıxıb

Bütün Xəbərlər
Dünən, 11:57

Oktyabrın 15-də dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək

Bütün Xəbərlər
Dünən, 11:39

Balidə benzinin bitməsi adanı iflic edib - VİDEO

Bütün Xəbərlər
Dünən, 11:31

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub

Oxşar xəbərlər