2021-ci ildə Şəki rayonunda 790 hektar yeni fındıq bağları salınıb. Bu barədə 19 dekabr tarixində Azərtac Şəki Şəhər Statistika İdarəsinə istinadən məlumat verib.
Ümumilikdə rayonda fındıq bağlarının sahəsi 4681 hektara çatdırılıb. Cari mövsüm ərzində 4 min tondan çox məhsul tədarük olunub.
Həmçinin bu il Şəkidə 57 hektarda qoz bağları salınıb, 1151 ton məhsul yığılıb.