2021-ci ildə Şəki rayonunda gələn ilin məhsulu üçün 66 min 100 hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Bu barədə 18 dekabr tarixində Azərtac məlumat verib.
Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidovun sözlərinə görə, fermerlər indiyədək 32 min hektara buğda, 62 min hektardan çox sahəyə toxum səpiblər.
Qeyd edək ki, cari mövsümdə rayonda 63 min hektardan çox sahənin məhsulu biçilib, 205 min tona yaxın taxıl istehsal olunub.