Şəkidə 2022-ci ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Bu haqda yanvarın 5-də Azərtac məlumat verib.
Rayonda 65 min hektardan çox sahəyə buğda və arpa səpilib. Hazırda fitosanitar müşahidə və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Həmçinin suvarma işləri də aparılır. İndiyədək 11 min hektar sahədə suvarma işləri görülüb.
Ötən mövsüm Şəki rayonunda 63 min hektardan çox sahə biçilib və 205 min tona yaxın taxıl istehsal olunub.