Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Ferrero” şirkətinin Belçikada istehsal olunan bəzi məhsullarının 3 şirkət tərəfindən Azərbaycana idxal olunduğu müəyyənləşdirilib. Bu barədə 28 aprel tarixində Agentlik məlumat yayıb.
Məlumatda bildirilib ki, bu günədək ümumilikdə 198,3 kiloqram məhsul dövriyyədən çıxarılıb.
Qeyd olunub ki, sözügedən tədbirlər yalnız Belçikada istehsal olunan məhsullara aiddir. Bu məhdudiyyətlər digər ölkələrdə, o cümlədən Türkiyə, Rusiya və s. ölkələrdə istehsal edilən və ölkəmizə idxal olunan məhsullara şamil olunmur.
Bir müddət öncə “Ferrero” şirkətində istehsal olunan, son istifadə müddəti 20 aprel – 21 avqust, 11 iyul – 7 oktyabr 2022-ci il tarixli bəzi məhsulların dövriyyədən çıxarılması, geri çağırılması ilə bağlı sahibkarlara rəsmi məktublar göndərilmişdir.