top
Kinoteatrlar: film izləmək harada daha ucuzdur?
07 yanvar 2022, 00:11
- ↺ +

Kinoteatrlar: film izləmək harada daha ucuzdur?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bugün Bakıda kinoteatra getmək üçün nə qədər xərc çəkmək tələb olunur? Ailəvi istirahət etmək sərfəlidirmi?

Hal-hazırda Bakıda iki ən böyük kinoteatr şəbəkəsi var. Bunlar “Park Cinema” və “CinemaPlus” kinoteatrlarıdır.

“Park Cinema” kinoteatrı Park Bulvar, Metropark, Flame Towers (IMAX), Zaqulba ticarət və əyləncə mərkəzlərində fəaliyyət göstərir.

“CinemaPlus” isə 28 Mall, Gənclik Mall, Dəniz Mall, Amburan Mall-da xidmət göstərir.

“CinemaPlus” kinoteatrlarında 2D formatda olan filmlərin qiymətləri səhər saatlarında yaşdan asılı olmayaraq 3-5 manat arası dəyişir. Gündüz və gecə seansları isə izləyicilərə 6-8 manata başa gələcək. 3D filmlərinin qiymətləri səhər 4-6 manat, daha sonrakı seanslarda isə 6-10 manat arası dəyişir. 4D 10-13 manatdır, VİP otaqların qiyməti isə saatından və yaşından asılı olmayaraq 25 manat təşkil edir.

Həmçinin burada “Super gün” aksiyasından yararlanmaq olar. Aksiya hər həftənin çərşənbə axşamı günü keçərlidir.

Tariflər:


  1. 2D - 3,5 AZN

  2. 3D - 4,5 AZN

  3. Yerli və türk filmləri - 4,5 AZN

  4. ATMOS 2D - 4,5 AZN

  5. ATMOS 3D - 5,5 AZN

  6. Platinum və Diamond (VİP) biletləri üzrə günboyu tarif - 15 AZN


Qeyd: Bayram və digər qeyri-iş günlərində aksiya keçərli deyil.

“Park Cinema”da 2D formatda olan filmlər standart qiymətdədir. Burada uşaqlar və ailə paketi üçün adambaşı bilet qiyməti 5,60 manat, böyüklər üçün 7 manatdır. 3D filmlərin qiymətləri uşaq və ailə üçün 7,20 manat, böyüklər üçün isə 9-12 manatdır.

IMAX-da film izləmək 11,20-14 manata başa gələcək. “Park Cinema”nın Premium zalının qiyməti 15 manat, VİP otaqların qiyməti uşaqlar üçün 15, böyüklər üçün isə 25 manat təşkil edir.

Bundan əlavə burada müxtəlif endirim və aksiyalar mövcuddur. Belə ki, “AD GÜNÜN MÜBARƏK, ƏZİZ DOST!” aksiyası çərçivəsində doğum günü olan hər kəs şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb istənilən filialdan pulsuz 1 bilət əldə edə bilər.

Daha bir endirim xidmətləri həftənin I, II, III günlərinə aiddir. Müştərilər Metro Park, Park Bulvar və Zaqulba Mallda yerləşən “Park Cinema” kinoteatrlarında aşağıdakı endirimlərdən yararlana bilərlər:


  1. 2D – 4,50 AZN

  2. 3D – 5,50 AZN

  3. “DOLBY” 2D – 4,50 AZN

  4. “DOLBY” 3D – 5,50 AZN


“Tələbə Tarifi” çərçivəsində həftə içi qiymətlər 4,50 manatdan başlayır.

Hər 2 kinoteatr şirkəti müştərilərinə filmi izləyərkən müxtəlif növlərdə popkorn, çipslər və içkilər təqdim edir.

“CinemaPlus”

Popkorn:


  1. Kiçik - 4 AZN

  2. Orta - 5,5-6 AZN (növündən asılıdır)

  3. Böyük - 7,5 AZN


İçkilər:

  1. Coca-Cola - 2,5 AZN

  2. Adi su - 1,5 AZN

  3. Redbull - 5 AZN


Çipslər:

  1. Nachos Single - 5 AZN

  2. Nachos Double - 7 AZN

  3. Nachos Sous ilə - 8 AZN


“Park Cinema”

Popkorn:


  1. Kiçik - 3,90 AZN

  2. Orta - 4,90 AZN 

  3. Böyük - 8,90-10,90 AZN (növündən asılıdır)


İçkilər:

  1. Coca-Cola - 1,90 AZN

  2. Adi su - 1 AZN

  3. Redbull - 5 AZN


Çipslər:

  1. Nachos Single - 5,50 AZN

  2. Nachos Double - 6,50 AZN

  3. Nachos Sous ilə - 7,40 AZN


Son olaraq belə qənayətə gəlmək olar ki, 4 üzvdən ibarət ailə üçün bilet, popkorn və içki ortalama 34 manata başa gələcək.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 00:05

Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Bütün Xəbərlər
Dünən, 16:35

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Bütün Xəbərlər
Dünən, 16:25

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Bütün Xəbərlər
Dünən, 16:13

Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarıla bilər

Bütün Xəbərlər
Dünən, 15:53

Sərxoş sürücü ailə faciəsinin səbəbkarı oldu

Bütün Xəbərlər
Dünən, 15:40

Kartdan-karta pul köçürmələri ödənişli olacaq?

Bütün Xəbərlər
Dünən, 14:48

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub

Bütün Xəbərlər
Dünən, 14:02

Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırıb

Bütün Xəbərlər
Dünən, 13:32

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı dezinformasiya yayıb

Bütün Xəbərlər
Dünən, 13:27

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:42

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gələcək

Bütün Xəbərlər
Dünən, 12:27

Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

Bütün Xəbərlər
Dünən, 10:54

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Bütün Xəbərlər
Dünən, 10:35

Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib

Bütün Xəbərlər
Dünən, 10:32

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Bütün Xəbərlər
Dünən, 10:12

"Həbsxanada öləcək": Tupak Şakurun qətlinin təşkilatçısına 30 ildən sonra hökm oxundu

Bütün Xəbərlər
Dünən, 09:49

Hindistanın XİN rəhbəri Azərbaycana gəlib

Bütün Xəbərlər
Dünən, 09:16

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub

Bütün Xəbərlər
Dünən, 09:07

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

Bütün Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bütün Xəbərlər
13 oktyabr 2026, 17:17

Fransada kiberhücum: Hakerlər soyuducuları sobaya çevirdilər

Bütün Xəbərlər
13 oktyabr 2026, 16:46

Mixeil Saakaşvili Azərbaycanda məktəblərdə hicab məsələsinə münasibət bildirib

Bütün Xəbərlər
13 oktyabr 2026, 15:52

Novruz bayramı günü müəllimə olan arvadını qətlə yetirən şəxs: "Bıçağı corabımdan çıxardım…"

Oxşar xəbərlər