Bu gün, aprelin 29-dan etibarən Azərbaycanın Ukraynadakı Səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib. Məlumat Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Səfirlik əvvəl olduğu kimi, Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24 ünvanında yerləşir. Telefon: +380 44 484 69 40; faks: +380 44 484 69 32.
Qurumun konsulluq şöbəsində müraciətlərin qəbulu saat 10:00-dan 13:00-dək, hazır sənədlərin verilməsi isə 15:00-dan 18:00-dək həyata keçiriləcək.
Qeyd edilib ki, vəziyyətlə bağlı müvəqqəti olaraq Azərbaycanda verilmiş sənədlərin səfirlikdə yenilənməsi fiziki olaraq mümkün deyil.