Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Abşeron rayonunda fəaliyyət göstərən qadın sahibkarlar və istixana təsərrüfatı ilə məşğul olan sahibkarlarla görüşlər təşkil edilib. Bu barədə məlumat 12 yanvar tarixində Agentliyin rəsmi səhifəsində yayılıb.
Görüşlərdə 30-a yaxın sahibkar iştirak edib. Sözügedən tədbirlərdə istixana şəraitində becərilən məhsulların əkilməsi qaydaları və saxlanılması, maliyyə resurslarına çıxış, kadr potensialının gücləndirilməsi və digər məsələlər müzakirə olunub. Həmçinin sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.