Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Klaud Heygi arasında onlayn formatda görüş keçirilib. Bu barədə 31 yanvar tarixində Agentliyin saytında məlumat verilib.
Təşkil olunmuş görüşdə Agentlik və Palata arasında əməkdaşlıq imkanlarına, eləcə də palataya Azərbaycan və İsveçrədən turizm, kənd təsərrüfatı, sənaye, alternativ enerji, səhiyyə və kimya sahələrində fəaliyyət göstərən şirkətlərin cəlb olunmasına və görüşlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.