Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyası (KOB Korporasiyası) arasında Niyyət Protokolu imzalanıb. Bu barədə 26 aprel tarixində KOBİA-nın rəsmi səhifəsində məlumat verilib.
Protokol Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası çərçivəsində imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və KOB Korporasiyasının baş direktoru Aleksandr İsaeviç imzalayıblar.
Niyyət Protokolunda KOB-ların hər iki ölkənin bazarlarına çıxış imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsi, birgə biznes tədbirlərinin təşkili və s. məsələlər nəzərdə tutulur.