İşğaldan azad edilmiş ərazilər ölkəmizin ərzaq təhlükəsizliyi baxımından mühüm rola malikdir. Bu barədə 13 yanvar tarixində Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Onun dediyinə görə, Füzulidə və Ağdamda böyük taxılçılıq əraziləri olub. Kəlbəcər, Laçın, Qubadlı isə heyvandarlıq üçün vacib rayonlardır, çünki çox geniş otlaq sahələrinə malikdir. Digər rayonlarda arıçılığın, balıqçılığın, quşçuluğun inkişafı üçün böyük potensial var: “Bu baxımdan həmin ərazilərdə bu və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi əhalinin ərzaqla təminatında mühüm rol oynaya bilər”, - deyə sədr əlavə edib.