"Zirə" bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyununda "Omoniya" ilə qarşılaşacaq.
İnsanoid xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 21:00-da Kiprdə, "GSP" stadionunda baş tutacaq.
Matçı estoniyalı hakim Yuri Frişer idarə edəcək.
Cavab oyunu bir həftə sonra Bakıda, “Liv Bona Dea Arena”da keçiriləcək.