Aprelin 30-da “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında könüllülərin iştirakı ilə sahilyanı təmizlik kampaniyası keçiriləcək. Bu haqda aprelin 25-də Azərbaycan Könüllülər İctimai Birliyi məlumat yayıb.
Məqsəd ölkədə və xüsusilə Bakı şəhərində ekoloji problemlərin həllində dövlətə ictimai dəstək vermək, əhalinin ekoloji savadlılığını yüksəltməkdir.
Kampaniyada iştirak etmək istəyənlər 28 aprel 2022-ci il saat 18:00-a kimi link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Ətraflı məlumat üçün [email protected] e-mail adresi və ya 055 391 15 21 mobil nömrə vasitəsilə əlaqə saxlamaq olar.