Koronavirusa görə bağlanan 36 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub. Bu haqda dekabrın 27-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edək ki, ümumi təhsil müəssisəsi dekabrın 15-də 14 gün müddətinə distant təhsilə keçid etmişdir.