Azərbaycanda 2021-ci il üzrə küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb. Bu haqda aprelin 28-də Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru hesabat paylaşıb.
Həmçinin övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.