Neftçalada Kür sahilində hündürlüyü 1,80 metr olan bir neçə küp qəbir abidəsi və müxtəlif qədim əşyalar aşkar edilib. Bu barədə aprelin 29-da Report məlumat yayıb.
Aşkar edilən abidələr eramızdan əvvəl burada yaşayış olduğunu sübut edir.
Artıq bir həftədir ki, Neftçala rayonunun Pirəbbə kənd ərazisindən keçən Kür çayının “N” kəsiklərində arxeoloji qazıntı işləri aparılır. Bir neçə gün bundan əvvəl rayonun Cəngan kəndində çayın sahilində küp qəbir abidələri tapılmışdı.