Kürdəmirdə evdə qaz balonunun partlaması nəticəsində xəsarət alan ər və arvad dünyalarını dəyişiblər. Bu barədə İnsanoid 26 sentyabr tarixində Report-a istinadən xəbər verir.
Rayonun Çöhranlı kəndində baş verən hadisə zamanı yanıq xəsarətləri alan kənd sakinləri - ər və arvad, 37 yaşlı Vüsal Zərbalıyev və 35 yaşlı Şəbnəm Zərbalıyeva Bakıda vəfat ediblər.
Hazırda rayonun hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunublar. Ehtimal olunur ki, onlar özlərinə qəsd ediblər.
Faktla bağlı araşdırma aparılır.
Ötən gün Kürdəmir rayonunda evdə qaz balonu partlaması nəticəsində ev sakinlərinin yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirildikləri barədə məlumat vermişdik.