Kürdəmir rayonunda aprelin 23-də ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Report xəbər paylaşıb.
Hadisə Bakı-Qazax avtomobil yolunun 204-cü kilometrliyində Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Toyota" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə 61 yaşlı sürücü və onun 54 yaşlı həyat yoldaşı həlak olub.
Faktla bağlı araşdırma davam edir.