Lənkəran rayonunda 17 yaşlı qız intihar edib. Bu haqda dekabrın 20-də Report məlumat yayıb.
İnsident rayonun Girdəni kəndində baş verib. 2004-cü il təvəllüdlü yeniyetmə yaşadığı evdə özünü asıb. Mərhumun anası qızını evdə görmədikdə aşağı mərtəbəyə enib və övladını asılmış vəziyyətdə aşkarlayıb.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Baş Prokurorluğun məlumatına əsasən, cari ilin birinci yarısında baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər həyatını itirib.