Lənkəranda narkotiklərin dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyindən (DİN) oktyabrın 25-də məlumat verilib.
Keçirilən axtarış zamanı rayon sakinlərindən hazır bükümlərdə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Həmçinin saxlanılan şəxslərdən biri T.Qurbanovun rayonda 6 evdən məişət əşyaları və təmir-tikinti avadanlıqları oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
DİN-in məlumatına əsasən, bu ilin 9 ayı ərzində 2,7 ton narkotik aşkar olunaraq dövriyyədən çıxarılıb. Ümumilikdə narkotiklə bağlı 6 420 fakt qeydə alınıb.