Lənkəranda yanacaqdoldurma məntəqəsinə edilən basqın nəticəsində oranın bir əməkdaşı xəsarət alıb. Bu barədə oktyabrın 7-də Report məlumat yayıb.
Məlumata əsasən, rayonun Girdəni kəndində üç nəfər maskalı şəxs yanacaqdoldurma məntəqəsinə basqın edib və pulları qarət etmək istəyib. Əməkdaşlar və maskalı şəxslər arasında dava düşüb, nəticədə məntəqə əməkdaşı bir neçə yerdən xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Basqın edən şəxslər hadisə yerindən uzaqlaşıblar. Hazırda hadisəni törədən şəxslərin kimliyi müəyyənləşdirilir.