Lənkəranda narkotiklərin dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb. Bu haqda oktyabrın 29-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, rayon sakini Kərim Rizayev və əvvəllər məhkum olunmuş şəhər sakini Fuad Mirzəyev polis tərəfindən tutulublar. Keçirilən baxış zamanı 1 kiloqram 330 qram heroin, 47 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanıb.
Faktla bağlı istintaq davam edir.
Bundan əvvəl, oktyabrın 25-də Lənkəranda narkotik satan 11 şəxs saxlanılmışdır. Axtarış zamanı rayon sakinlərindən hazır bükümlərdə heroin və elektron tərəzilər tapılmışdır.