Lənkəranda İnnovasiya festivalının təqdimatı keçirilib. Bu barədə 20 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Festivalda yem konteyneri, aqrodron, press bağlayan, çəltik əkən və çəltik biçən qurğuların, raps, maralfalfa, kinoa, amarant yem bitkilərinin, yerli və xarici çəltik sortlarının, yemlik paxla və soya nümunələrinin, feremonlu tələlərin və soxulcan gübrəsinin təqdimatı keçirilib.
Tədbirdə, həmçinin aqrar sahədə istifadə olunan müasir innovativ texnikalar - 4 cərgəli KUBOTA SPV-48C çəltik ştili əkən, Runyuan 4/GK DELTA 100 çəltikbiçən, Paksan Superyunus ot, küləş presləyən avadanlıqlar nümayiş olunub.
Qeyd edək ki, sözügedən tədbirlər son 2 ay ərzində Abşeron, Gəncə, Füzuli və Şəkidə keçirilib. Festivallarda 500-dən çox fermer iştirak edib.
[URIS id=18354]