Lənkəranda "Hyundai" markalı avtomobil yoldan çıxaraq irigövdəli şam ağacına çırpılıb. Bu barədə martın 13-də APA məlumat yayıb.
Məlumata görə, qəza axşam saatlarında Separadi kəndində baş verib. "Hyundai" markalı avtomobil yoldan çıxaraq irigövdəli şam ağacına çırpılıb. Nəticədə avtomobildəki Göyçay rayon sakinləri: 2002-ci il təvəllüdlü Elmir Qurbanov və 2004-cü il təvəllüdlü Cavid Salahlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qurbanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. C. Salahlı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Qəzaya düşənlər tələbə yoldaşlarının toyunda iştirak etmək üçün rayonun Zövlə kəndinə gəlmişdilər. Faktla bağlı araşdırma aparılır.