Hazırda “Laçın” sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur.
Bu barədə 25 sentyabr tarixində Report xəbər verib.
Erməniəsilli şəxslər məntəqədən öz şəxsi maşınları ilə Ermənistan istiqamətində sərbəst şəkildə keçid edirlər.
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.