Lənkəran Dövlət Universitetinin müəllimi tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif edib. Bununla bağlı “Space TV”nin aparıcısı Amil Xəlil mayın 3-də sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, həmin universitetin müəllimi Elşad Rəhimov qız tələbələrinə görüntülü zəng edərək seksual xarakterli hərəkət edib və onlardan da eynisini tələb edib.
Bir neçə qız bu təklifi qəbul etsə də, ona qarşı çıxanlar da olub. Belə ki, qızlardan biri onun bu əməlini ifşa etmək üçün videozəng görüntülərini qeydə alıb. Hətta sonradan müəllimin həmin qızları şantaj etdiyi də iddia olunur.
Jurnalistin sözlərinə görə, həmin müəllim videoların montaj olduğunu bildirib.
Hazırda DİN araşdırma aparır.