Lənkəranda ikimərtəbəli evdə yanğın baş verib. Bu haqda aprelin 22-də APA məlumat verib.
Ümumi sahəsi 200 m² olan 5 otaq və aynabənddən ibarət evin 130 m²-i yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
2022-ci ilin ilk üç ayında Azərbaycanda 440 yanğın hadisəsi baş verib. Nəticədə 22 nəfər həlak olub, 56 nəfər xəsarət alıb.