Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub. Bu barədə 29 aprel tarixində Report məlumat verib.
Məlumata əsasən, polis əməkdaşları tərəfindən “Mercedes” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib. Onun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Məhkəmənin qərarı ilə həmin şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.
Qeyd olunub ki, sözügedən şəxsdə eyni hal bir neçə ay əvvəl də aşkarlanıb.