Oktyabrın 12-də səhər saatlarında Lerik-Kəlvəz yolunun 10-cu kilometrində qaya uçqunu baş verib. Nəticədə qaya parçaları ilə bağlanmış yolda avtomobil hərəkəti məhdudlaşdırılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verib.
Hazırda yolun təmizlənməsi və hərəkətin bərpası üçün işlər aparılır.