Bir il bundan öncə, oktyabrın 10-da Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib: “Biz axıra qədər gedəcəyik. Biz dayanmamışıq. Biz köçkünlərimizi öz evlərinə qaytaracağıq. Kadrlardan görünür ki, orada hər şey dağıdılıb. Biz bunu bilirdik. Bu, Stalinqraddan da betərdir. Dağıdılmayanların isə hamısı oğurlanıb, qarət edilib. Bu, sadəcə, dövlət siyasəti dərəcəsinə çatdırılmış quldurluqdur. Ona görə də biz bu əraziləri bərpa edəcəyik”.
10 oktyabr gecə saatlarında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada baş tutan 10 saatlıq danışıqlarından sonra Qarabağda atəşkəs barədə razılığa gəldikləri bildirilmişdir.
Buna baxmayaraq, oktyabrın 10-dan 11-nə keçən gecə Ermənistan silahlı qüvvələri ümumilikdə 205 nəfərin məskunlaşdığı Gəncə şəhərinin mərkəzi hissəsini ağır artilleriya qurğuları və raketlərdən atəşə tutmuşdur. Nəticədə 10 nəfər həlak olmuş, 40-ı isə yaralanmışdır. Qurbanlar arasında qadınlar və uşaqlar da var idi.