Dövlət başçısı noyabrın 4-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirdiyi VIII Qlobal Bakı Forumunda çıxış edərkən Ermənistana edilən təklifləri haqda danışıb.
“Biz Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin sülh müqaviləsi üzərində işləməyə başlayaq. Eyni zamanda, biz təklif etdik ki, sərhədlərimizin demarkasiya və delimitasiya işlərinə başlayaq, hər iki ölkənin ərazi bütövlüyü təmin edilsin. Əfsuslar olsun ki, bu təkliflər hələ ki, cavabını almayıb”, - deyə dövlət başçısı qeyd edib.
Prezident bildirib ki, Azərbaycan sülh danışıqlarına başlamağa, sülh müqaviləsini imzalamağa hazırdır. Dövlət başçısı onu da qeyd edib ki, biz genişmiqyaslı əməkdaşlığa hazır olan gələcək təmin etməliyik: “Əgər danışıqlar dövrü ərzində onlar bizə qulaq assaydı, bu gün bu vəziyyətlə qarşılaşmazdılar”.