Dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovina xarici işlər naziri Bisera Turkoviçi qəbul edib. Bu barədə Prezidentin rəsmi səhifəsində məlumat yerləşdirilib.
Görüş zamanı ölkə başçısı işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işlərindən danışıb.