İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub. Bu barədə Prezidentin rəsmi səhifəsində məlumat verilib.
Səfər zamanı dövlət başçısı “Cəbrayıl” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib.
Prezident Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlini qoyub.
Həmçinin İlham Əliyev Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının və məktəb binasının tikintisinə 1 milyon manat ayırıb.