İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edib. Bu barədə Prezidentin rəsmi səhifəsində rel="nofollow">məlumat verilib.
Görüşdə Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib. “Biz sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirik”, - deyə Petr Mixalko vurğulayıb.
İlham Əliyev qeyd edib ki, Azərbaycan qonşu Ermənistanla əlaqələr qurmaq istəyir: “Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb”.