Dekabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib. Bu barədə Prezidentin rəsmi səhifəsində məlumat yerləşdirilib.
Klubun prezidenti Tahir Gözəl ölkə başçısına “Qarabağ”ın formasını hədiyyə edib.
Qeyd edək ki, dekabrın 9-da İsveçrənin “Bazel”inə məğlub olan “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizəni davam etdirəcək. Sözügedən mərhələdə Ağdamlıların rəqibi bugün 17:00-da keçiriləcək püşkatma nəticəsində bəlli olacaq.
[gallery columns="2" size="large" ids="16588,16589"]