Prezident İlham Əliyev rusiyalı deputat Vitali Milonovun Qarabağa qanunsuz səfəri ilə bağlı “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərib. Bu barədə yanvarın 7-də APA məlumat yayıb.
Belə ki, məktubda ölkə başçısı deputatın qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib.
V.Milonov Yeni il bayramlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər edərək, orada bir sıra görüşlər keçirib.
Bu, deputatın Qarabağa ilk səfəri deyil. 2020-ci ilin oktyabrında da Azərbaycan bununla bağlı Rusiyaya etirazını bildirmişdir.