“Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik”, - bu sözləri Prezident bir il bundan əvvəl bu gün “France 24” kanalına müsahibəsində demişdir.
“Bizim muzdlulara ehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var”, - deyə İlham Əliyev jurnalistin muzdlu döyüşçülər barəsində sualını şərh edərkən bildirmişdir.
Günorta saatlarında isə Prezident öz Twitter səhifəsində Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərinin işğaldan azad olunması haqqında paylaşım etmişdir.
"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
— İlham Əliyev (@azpresident) October 14, 2020
[video width="1280" height="720" mp4="https://insanoid.com/storage/thumbs/large/2021/10/14-october-2020-1723_dVl8HuCh-4.mp4"][/video]