Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar. Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Dövlət başçısı Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak edib.
Daha sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.