Oktyabrın 20-də Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar. Bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.
Dövlət başçısı və Birinci vitse-prezident Zəngilan Beynəlxalq Hava Limanının tikintisi və Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi ilə tanış olublar.
Həmçinin səfər çərçivəsində “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimi və 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışı baş tutub.
Daha sonra Prezidentin və birinci xanımın Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilib.
Qeyd edək ki, bügün Zəngilan şəhərinin azad edilməsinin ildönümüdür. Şəhərlə yanaşı Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının 24 kəndi geri qaytarılıb.