Bakıda "ASED Fighting Championship"in təşkilatçılığı ilə gənclər arasında keçirilən MMA (qarışıq döyüş sənətləri) üzrə Qran-Pri yarışında Əli Əliyev çempion olub. Bu haqda yanvarın 2-də Azərtac məlumat yayıb.
Qalibə kubok, medal, sertifikat və pul mükafatı təqdim edilib.
Əli Əliyev ötən il "AFC ASED" çərçivəsində keçirdiyi bütün döyüşlərdə qalib olduğu üçün gənclər arasında ilin ən yaxşı idmançısı seçilib.
Əli Əliyevin növbəti rəqibi İqbal Əzimov olacaq. Döyüş cari ilin əvvəllərində təşkil ediləcək.
Qeyd edək ki, yarışda 8 komandadan 8 idmançı iştirak edib.