Əlilliyi olan uşaqlar “Dubai Expo 2020” ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda “Bədənimin danışacaq hekayəsi var” rəqs tamaşasını nümayiş etdirib. Bu barədə yanvarın 4-də Heydər Əliyev Fondundan məlumat verilib.
Milli pavilyonda mütəmadi olaraq tədbirlər və konsert proqramları keçirilir. Sərgi 2022-ci il martın 31-dək davam edəcək.
Ötən ilin dekabrında Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında memorandum imzalanıb. Memorandum 2025-ci ilədək Azərbaycanda inklüziv təhsil, yeniyetmə və gənclərin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur.
[URIS id=21057]