Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən enerji içkisi adı altında satılan alkoqolsuz içkilərin enerji içkisi olub-olmamasının müəyyən edilməsi məqsədilə monitorinqlər keçirilib. Bu barədə 14 oktyabr tarixində keçirilən mətbuat konfransında AQTA sədri Qoşqar Təhməzli rel="nofollow">məlumat verib.
Müayinələr 30 nümunə üzərində aparılıb və nəticədə 5 nümunənin enerji içkisi olduğu təsbit edilib. Onlardan yalnız 1-i qaydalara uyğun etiketlənib.
Sədr bildirib ki, həmin 25 məhsul enerji içkisi olmadığı halda, etiketlərində enerji içkisi olduğuna dair ifadələrdən istifadə edilib. Məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunub.