Gürcüstana 21 milyon 680 min rubl (499 min manat) pul keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb. Bu haqda dekabrın 21-də Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat verib.
Azərbaycan vətəndaşı pulları idarə etdiyi yük maşını ilə “Sınıq körpü” sərhəd məntəqəsindən keçirməyə cəhd edib.
Aşkarlanmış pulun Gürcüstan qanunvericiliyinə uyğun olaraq müsadirə edildiyi bildirilib.