Azərbaycanda 2021-ci ilin ilk 9 ayı ərzində əhali ərzaq məhsullarına 14 milyard manatdan çox pul xərcləyib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 15 oktyabr tarixindəki hesabatında əks olunub.
Hesabata əsasən, əhali sentyabr ayı ərzində 1,8 milyard manat xərcləyib. Bu isə günə 63 milyon manatın xərclənməsi deməkdir.
Cari ilin yanvar-sentyabr aylarında sözügedən məhsullara xərclənən vəsait ümumi pərakəndə ticarət dövriyyəsinin 49%-i təşkil edib.