2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 62% artaraq 154 milyon manat təşkil edib. Bu barədə məlumat 27 oktyabr tarixində Dövlət Statistika Komitəsinin hesabatında əks olunub.
Turistlərin 46%-i Bakıda, 9%-i Xaçmazda, 9%-i Qəbələdə mehmanxanalarda qeydə alınıb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı ümumi gecələmələrin 18%-ni təşkil edib. Onlardan 15%-i Türkiyə, 11%-i Böyük Britaniya, 11%-i Rusiya vətəndaşlarının payına düşüb.
2021-ci ilin sentyabr ayında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 72 688 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.