Oktyabrın 26-ı səhərədək ölkənin şimal bölgələrindəki dağlıq ərazilərə qar yağıb, şimal-qərb küləyi güclənib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qar örtüyünün hündürlüyü Ləzə və Xınalıqda 25 sm, Qrızda 23 sm, Şahdağ və Xaltanda 3 sm, Qusarda isə 2 sm olub.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5,5 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8°-dək, aran rayonlarında 11°-dək isti, dağlıq rayonlarda 6°-dək şaxta müşahidə edilir.