Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Bakıda gecə 14-16° isti, gündüz 20-22° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.