2021-ci ildə Azərbaycan sərhədində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 17 qaçaqmalçı qrup zərərsizləşdirilib. Bu barədə martın 10-da Report xəbər verib.
Saxlanılan şəxslərdən 52 nəfər Azərbaycan, 7 nəfər isə İran vətəndaşı olub.
Ümumilikdə 115 halda 3 tondan artıq narkotik maddə və 109,8 min ədəd psixotrop həblər aşkarlanıb.