Noyabrın 10-da ümumi çəkisi 622 kiloqramdan çox olan heroinin Azərbaycan sərhədindən keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev məlumat verib.
Məlumata əsasən, Azərbaycan ərazisindən keçməklə İrandan Moldovaya “kişmiş” yükü aparan “Renault” markalı yük avtomobili “Astara” gömrük postunda saxlanılıb.
Nəqliyyat vasitəsinə keçirilən yoxlama zamanı yanacaq çənində çəkisi 301 kiloqram 475 qram heroin aşkarlanıb.
Digər əməliyyat nəticəsində isə Moldovaya “Qabıqlı püstə” və “xurma” yükü aparan Azərbaycan vətəndaşının “DAF” markalı yük avtomobilindən “Samur” gömrük postunda 320 kiloqram 600 qram heroin aşkar edilib.
Faktlarla bağlı araşdırmalar davam edir.